Deputat büdcə ilə bağlı problemləri qaldırdı

Deputat büdcə ilə bağlı problemləri qaldırdı
  22 May 2018    Oxunub:1269
“2017-ci ilin büdcəsində gəlirlərlə bağlı bir sıra problemlər var. Xüsusilə də gəlir və əlavə dəyər vergisində. Ümid edirəm ki, bu istiqamətdə Maliyyə Nazirliyi və aidiyyatı qurumlar araşdırmalar aparacaqlar. Məsələnin növbəti illərdə təkrarlanmaması üçün bu istiqamətdə işlər aparılmalıdır”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə dövlət büdcəsinin xarici borcu artıb.

“Əvvəllər büdcədən borca xidmət 100 milyon manatlarla ölçülürdü. İndi artıq 1,5 milyard manat. Bu il isə xarici borc 2,2 milyard manatdır. Bunlar az pullar deyil. Əvvəllər dövlət büdcəisnin 1-2 faizini xarici borca xərcləyirdik. İndi isə 10 faizdən artığını xərcləyirik. Mən ad çəkib, reklam etmək istəmirəm. Azərbaycanda elə qurumlar var ki, dövlət zəmanəti ilə vəsaiti normal istifadə edir. Bunu bütün ölkə də görür. Amma elə təşkilatlar var ki, alır və yeyir, istifadə etmir. Yaxud elə istifadə edir ki, sanki özünündür. Yaxşı olar ki, burada da araşdırmalar aparılsın. Kim ondan istifadə edirsə, ona 2-3 qat dövlət zəmanəti verilsin”, deyə deputat qeyd edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Əli-Məsimli   Büdcə  





Xəbər lenti