Hərbi topoqrofların konfransı keçirilib

Hərbi topoqrofların konfransı keçirilib
  21 May 2018    Oxunub:907
Cari ilin elmi iş planına uyğun olaraq, “Müasir silah və hərbi texnikanın idarəetmə sistemlərində rəqəmli topoqrafik və dəniz naviqasiya xəritələrinin tətbiqi” mövzusunda hərbi-elmi konfrans keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, konfransda birlik və birləşmələrin topoqrafiya və hidroqrafiya xidmət rəisləri, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi topoqrafiya fənnini tədris edən müəllimlər iştirak ediblər.

Tədbirdə topoqrafik və dəniz naviqasiya xəritələrinin müasir standartları, onların əhəmiyyəti, hazırlanması və istifadəsi, müasir silah və hərbi texnikanın idarəetmə sistemlərində rəqəmli xəritələrin tətbiqi mövzuları ətrafında müzakirələr aparılıb.

AzVision.az


Teqlər: MN   Topoqraf  





Xəbər lenti