Yardımlıda 3 nəfər narkotiklə saxlanılıb

Yardımlıda 3 nəfər narkotiklə saxlanılıb
  21 May 2018    Oxunub:4542
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az-a verilən məlumata görə, mayın 18-də Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər Masallı şəhər sakini, Zaur Nuriyev, əvvəllər məhkum olunmuş Orxan Dəyyanov və Vüsal Nuriyev saxlanılıblar.

Onlardan 3 bükümdə ümumi çəkisi 2 kiloqram 610 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Narkotik vasitənin Yardımlı rayonu ərazisinə İrandan qaçaqmal yolu ilə keçirildiyi və saxlanılan şəxslərin onu əvvəlcədən gizlədilmiş yerdən satış məqsədilə götürdükləri müəyyən edilib.

Faktla bağlı Yardımlı Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: Narkotik   Yardımlı  





Xəbər lenti