Keçmiş məhkum qadın həbsə qayıdır

Keçmiş məhkum qadın həbsə qayıdır
  21 May 2018    Oxunub:1025
Sumqayıtda oğurluqla məşğul olan qadın tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən mayın 19-da şəhər sakini K.Dadaşovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Esmira Əmirova saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 29-da digər şəhər sakini F.İsaqovanın içərisində 460 manat olan pulqabısını oğurlaması da müəyyən edilib. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti