Bakıda banka girən oğru "iş başında" tutuldu

Bakıda banka girən oğru "iş başında" tutuldu
  21 May 2018    Oxunub:1384
Mayın 19-da saat 1 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinə bankların birinin rayon filialından həyəcan siqnalı daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, dərhal hadisə yerinə gələn polis əməkdaşları oranın giriş qapısının şüşəsini daşla sındıraraq oğurluğa cəhd göstərən şəxsi cinayət başında yaxalayıblar.

19-cu Polis Bölməsinə təhvil verilən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynallı olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Bank  





Xəbər lenti