Ermənistanın növbəti təxribatı - Hərbi qulluqçumuz şəhid oldu

Ermənistanın növbəti təxribatı - Hərbi qulluqçumuz şəhid oldu
  20 May 2018    Oxunub:4130
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Təxribat   Şəhid  





Xəbər lenti