Nazirlik fermerlər üçün təlimlər keçirir
Təlimdə pambıq istehsalçılarına nəzərdə tutulan tədbirlər çərçivəsində pambıq bitkisinin vegetasiyası müddətində aqrotexniki tədbirlərin düzgün təşkil edilməsi, əkin sahələrində gübrələmə, suvarma, kultivasiya, texnikadan düzgün və səmərəli istifadə, xəstəlik və zərərvericilərə qarşı mübarizənin təşkili, aqrotexniki qaydalara riayət edilməklə becərilmənin aparılması, yığımın təşkili və s. istiqamətdə vacib marifləndirmə işləri aparılıb.
Təlimdə həmçinin, yerli mexanizatorlara kənd təsərrüfatı texnikalarından düzgün istifadə edilməsi qaydaları tarla şəraitində əyani şəkildə göstərilib, fermerlərin sualları ətraflı şəkildə cavablandırılaraq mövzu ətrafında diskussiyalar aparılıb.
Bununla yanaşı Zərdab rayonunda da barama istehsalı ilə məşğul olan vətəndaşlarla görüş təşkil edilib, baramaçılığın inkişafı ilə əlaqədar onlara müvafiq tövsiyələr verilib.
AzVision.az