Əfv Komissiyasının iclasları yekunlaşdı: Siyahı Prezidentə təqdim olunacaq

Əfv Komissiyasının iclasları yekunlaşdı: Siyahı Prezidentə təqdim olunacaq
  17 May 2018    Oxunub:2846
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, 100-dən artıq müraciətə baxılıb. Baxılan müraciətlərin əksəriyyətinə müsbət rəy verilib.

Bununla da, komissiya işini yekunlaşdırıb. Əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Qeyd edək ki, komissiyanın iclaslarında indiyədək baxılan müraciətlərin sayı 1100-ü keçib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Əfv  





Xəbər lenti