"Patefonun valını dəyişməyin vaxtıdır" - Bakıdan İrəvana cavab

"Patefonun valını dəyişməyin vaxtıdır" - Bakıdan İrəvana cavab
  17 May 2018    Oxunub:2026
2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənsitan XİN-nin nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılmışdı.
Bunu AzVision.az-a Ermənistan XİN-nin nümayəndəsini açıqlamasına cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, insidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi: "Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim. Həm də artıq Nalbəndyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır".

AzVision.az


Teqlər: XİN   Qarabağ  





Xəbər lenti