Vəkillər Kollegiyası 2 vəkilə irad bildirib

Vəkillər Kollegiyası 2 vəkilə irad bildirib
  17 May 2018    Oxunub:1055
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından AzVision.az-a verilən məlumata görə, iclasda tədbir iştirakçılarına Rəyasət Heyətinin cari fəaliyyəti və vəkilliyə qəbul üzrə hazırda görülən işlərin vəziyyəti barədə məlumat verilib.

Daha sonra iclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunub.

İclasda həmçinin, Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun və Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin tələblərinin pozulması hallarına yol verdiklərinə görə 2 vəkilə intizam tənbeh tədbiri qismində irad tutulub.

AzVision.az


Teqlər: Kollegiya   İclas  





Xəbər lenti