Müdafiə naziri hərbi məktəblərin rəhbərləri ilə görüşüb
General-polkovnik Z.Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin Bakıdakı tədbirinin hər üç ölkənin Müdafiə nazirləri və Silahlı Qüvvələri Baş Qərargah rəislərinin bu günədək keçirdikləri görüşlərin davamı kimi qiymətləndirib, bu əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Tərəflər, həmçinin hər üç ölkənin hərbi təhsil müəssisələri arasında kursantların qarşılıqlı təhsil almaları, birgə təlimlərin, idman, bilik yarışlarının keçirilməsi və bir sıra digər məsələləri müzakirə ediblər.
Görüşün təşkilinə və qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlıqlarını ifadə edən məktəb rəhbərləri də öz növbəsində Bakıda aparılan üçtərəfli səmərəli müzakirələrin təmsil etdikləri ali hərbi təhsil müəssisələri arasında əlaqələrin daha da inkişafına, birgə fəaliyyətlərin həyata keçirilməsi işinə mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər.
AzVision.az
Teqlər: Zakir-Həsənov MN Görüş