Azərbaycanda 3 ayda 44 minə yaxın iş yeri açılıb
Bu dövrdə yaradılan iş yerlərinin 59,6 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 35,5 faizi Bakı şəhərinin, 1,4 faizi Naxçıvan Muxtar Respublikasının, 63,1 faizi regionların, o cümlədən 16,2 faizi Aran, 11,3 faizi Gəncə-Qazax, 10,3 faizi Lənkəran, 6,6 faizi Abşeron, 6,4 faizi Yuxarı Qarabağ, 4,1 faizi Quba-Xaçmaz, 4,0 faizi Şəki-Zaqatala, 3,9 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
Daimi iş yerlərinin 9,5 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 38,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 51,8 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.
Bu il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 37,1 min nəfər olub, onların 36,6 faizini qadınlar təşkil edib. İşsizlik müavinətinin və işsizlikdən sığorta ödənişinin orta məbləği 354,2 manat olub.
AzVision.az
Teqlər: Statistika İş