Zaqatalada avtomobil yolu yenidən qurulur
Bu işlərə paralel olaraq yol boyu süni qurğuların inşası müvəffəqiyyətlə aparılır. Belə ki, yolun altından suların ötürülməsi üçün artıq müxtəlif diametrli 25 ədəd borunun, həmçinin 1 ədəd 12 metrlik və 1 ədəd 18 metr uzunluğa malik avtomobil körpülərinin inşası işləri yekunlaşıb. 12 metr uzunluğa malik daha bir körpünün tikintisi isə yekunlaşmaq üzrədir. Bu istiqamətdə son tamamlanma işlər aparılır.
Yol əsası hazır olan hissələrin asfaltlanması işlərinə də başlanılıb. Yola iri və xırda dənəli qarışığından istifadə edilməklə yeni asfalt-beton örtüyü döşənir. Bu çərçivədə yolun 220 min kv.m-dən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Ən əsası avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkanı yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən turizm potensialını möhkəmləndirəcək və kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.
AzVision.az