Müsabiqə qalibləri mükafatlandırılıb

Müsabiqə qalibləri mükafatlandırılıb
  16 May 2018    Oxunub:1118
“Heydər Əliyev və müstəqil Azərbaycan” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AzVision.az xəbər verir ki, MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı filialı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil edilən “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

İnşa yazı müsabiqəsinin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar olaraq onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi olub.

Müsabiqə işlərinin qiymətləndirilməsindən sonra, 1-ci, 2-ci və 3-cü yerləri tutan qaliblər müəyyən olunub, onlara və fərqlənən daha iki iştirakçıya diplom, hədiyyələr təqdim edilib.

AzVision.az




Teqlər: İnşa  





Xəbər lenti