İndiyədək əfvlə bağlı 1000 müraciətə baxılıb

İndiyədək əfvlə bağlı 1000 müraciətə baxılıb
  15 May 2018    Oxunub:1318
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda 100-dən artıq müraciətə baxılıb, onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Komissiyanın indiyədək keçirilən iclaslarında 1000-dək müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

AzVision.az



Teqlər: Əfv   Komissiya  





Xəbər lenti