Bakıda NATO ekspertləri ilə görüş keçirilir

Bakıda NATO ekspertləri ilə görüş keçirilir
  15 May 2018    Oxunub:1148
NATO ilə əməkdaşlıq çərçivəsində Bakıda ilk dəfə tərəfdaşların arxa cəbhə ekspertlərinin daimi qrupu ilə hərəkət və nəqliyyat, dayanıqlı planlaşdırılma və hərəkət sərbəstliyi mövzularında görüşü keçirilir.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Mayın 18-dək davam edəcək tədbirdə 13 ölkədən 24 nümayəndə iştirak edir.



Ekspert qrupunun əsas məqsədi NATO əməliyyatlarına töhfə verən tərəfdaş ölkələrin maddi-texniki təminat bölmələrinin imkanlarını müəyyənləşdirərək səmərəli istifadəsi üçün inkişaf etdirmə yollarını tapmaqdır.

AzVision.az


Teqlər: NATO   Bakı   MN  





Xəbər lenti