Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər keçirəcək

Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər keçirəcək
  15 May 2018    Oxunub:2347
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu və Türkiyə hərbçiləri birgə təlim keçirəcək.
AzVision.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, mayın 29-dan 31-dək Qars şəhərində Türkiyə-Azərbaycan döyüş atışlı birgə təlim olacaq.

Ötən gün bununla bağlı Naxçıvanda yerləşən “Ümid” körpüsündə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi olub. Mərasimdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib. Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Əlahiddə Ümumqoşun Ordunun Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları Qars şəhərinə yola salınıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan   Naxçıvan   Ordu  





Xəbər lenti