Məmmədyarov Parisə Qarabağ danışıqlarına gedib

Məmmədyarov Parisə Qarabağ danışıqlarına gedib
  15 May 2018    Oxunub:2586
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb.
Bu barədə AzVision.az-a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

XİN rəsmisinin sözlərinə görə, mayın 15-də Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub: "Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq".

AzVision.az


Teqlər: XİN   Hikmət-Hacıyev   Qarabağ  





Xəbər lenti