Prezident qanunu təsdiqlədi - Bu şəxslər cəzalandırılacaq

Prezident qanunu təsdiqlədi - Bu şəxslər cəzalandırılacaq
  14 May 2018    Oxunub:2116
Prezident İlham Əliyev ölkədə işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmanın cinayət məsuliyyəti yaratması ilə bağlı Milli Məclisin qəbul etdiyi dəyişikliyi təsdiqləyib.
AzVision.az xəbər verir ki, prezident bununla bağlı müvafiq sərəncam imzalayıb. Dəyişikliyə əsasən, işsizlikdən və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınanlar məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, xeyli miqdarda vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayəti nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Qanun  





Xəbər lenti