Veteranlar “Əsgərə Məktub” layihəsinə qoşulub
Tədbir çərçivəsində görülən işlər və həyata keçirilən fəaliyyətlər barədə videoçarx nümayiş etdirilib.
Müharibə veteranları, Şəmkir rayon ictimaiyyəti və məktəblilər videogörüntü vasitəsilə və yazılı şəkildə Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə xoş arzularını çatdıraraq, daim onlara dəstək olduqlarını vurğulayıblar. Məktublar “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi tərəfindən ön xətdə xidmət edən əsgərlərə çatdırılacaq.
Tədbir hərbi orkestrin ifa etdiyi marşlarla müşayiət olunub.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi Əsgərə-Məktub