Bakıda hərbi orkestrlərin çıxışları olacaq

Bakıda hərbi orkestrlərin çıxışları olacaq
  09 May 2018    Oxunub:1609
Faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilən 5 nöqtəsində çıxış edəcək.

Çıxışlar Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında), Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında, Zabitlər parkında və Fəvvarələr meydanında olacaq.

AzVision.az


Teqlər: MN   Okestr  





Xəbər lenti