Qubernator AXC-nin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb

Qubernator AXC-nin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb
  09 May 2018    Oxunub:1354
ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval (Brian Sandoval) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzalayıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan AzVision.az-a verilən məlumata görə, konsulluğa göndərilmiş təbrik bəyannaməsində qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edib və ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, bu, Nevada ştatının qubernatoru B.Sandoval tərəfindən Azərbaycana dair imzalanmış ilk bəyannamə deyil. Belə ki, qubernator B.Sandoval 2017-ci ildə Xocalı faciəsi ilə də bağlı bəyannamə imzalayaraq, bu faciəni pisləyib.

Respublikaçılar partiyasının üzvü olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib.

AzVision.az


Teqlər: Nevada   ABŞ   Qubernator  





Xəbər lenti