Bəzi təhsil işçilərinə 42 gün məzuniyyət veriləcək

Bəzi təhsil işçilərinə 42 gün məzuniyyət veriləcək
  30 Aprel 2018    Oxunub:2227
Azərbaycanda təhsil müəssisələrində rəhbər işçilərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə və psixoloqlara verilən əmək məzuniyyətinin müddəti müəyyənləşib.
AzVision.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinin 118-ci (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri) 2-ci hissəsinin “a” bəndinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara əmək məzuniyyəti 42 gün müddətinə veriləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Qanun   Təhsil   Məzuniyyət  





Xəbər lenti