Keçmiş məhkum narkotiklə tutuldu

Keçmiş məhkum narkotiklə tutuldu
  30 Aprel 2018    Oxunub:1035
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan AzVision.az-a verilən məlumata görə aprelin 28-də Biləsuvar rayon polis şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Emin Bagəliyev rayon ərazisində saxlanılıb və ondan 98,152 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı onun narkotik vasitəni Cəlilabad rayonunun Xanəgah kəndində yaşayan Elnur Quliyevdən aldığı müəyyən edilib. Həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb və üzərindən 5,343 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti