Narkotik qaçaqmalçılığının qarşısı alınıb

Narkotik qaçaqmalçılığının qarşısı alınıb
  30 Aprel 2018    Oxunub:852
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda Naxçıvan MR-dən İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına yük gətirən Azərbaycan vətəndaşı saxlanılıb və onun idarə etdiyi “DAF” markalı yük avtomobilinə rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilib. Bu zaman qoşqunun alt tərəfində olan hava balonu ilə qoşqunun sol tərəfinə yaxın ramanın arasında şübhəli predmetlər monitorda əks olunub. Həmin hissələrin arasında gömrük nəzarətindən gizlədilən, bir ədəd şəffaf plastik şüşəyə doldurulan, xalis çəkisi 1242,1 qram təşkil edən narkotik vasitə - tiryək aşkarlanıb. Bundan əlavə, avtomobildən bir konvalyutda 10 ədəd həb olmaqla açıq qəhvəyi rəngli, üzərində “F/M40” nişanəsi olan “metadon” adlı dərman preparatları da aşkar olunub. 10 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir.

AzVision.az


Teqlər: Narkotik   DGK  





Xəbər lenti