Bakıdan Tivata birbaşa uçuşlar başlayır
Reyslər komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.
Tivat — Monteneqronun Vrmas yarımadasında Kotor körfəzinin sahilində yerləşən müasir kurort şəhəridir. Mülayim iqlimi, gözəl çimərlikləri və rahat yerləşməsi hər il çoxlu turist cəlb edir. Tivatda infrastruktur yaxşı inkişaf edib, yerli limanının saysız-hesabsız balıq restoranları və kafeləri bütün dünyadan qurmanların zövqüncə olacaq. Şəhər parkı nadir bitkilərlə zəngindir.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880) telefon nömrələri ilə AZAL-ın Çağrı Mərkəzi və [email protected] elektron ünvanı ilə əlaqə saxlamaq olar.
Həmçinin (+99412) 404 10 90 telefon nömrələri və [email protected] elektron ünvanı ilə “Pasha Travel” turizm agentliyinə müraciət etmək mümkündür.
AzVision.az
Teqlər: AZAL