Paytaxtda daha bir yol bağlanır

Paytaxtda daha bir yol bağlanır
  30 Aprel 2018    Oxunub:1114
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai rayonu Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 30 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
Bu barədə AzVision.az- Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

AzVision.az


Teqlər: Yol   Bakı   Agentlik  





Xəbər lenti