Cəbhədə erməni təxribatlarının 4 aylıq statistikası

Cəbhədə erməni təxribatlarının 4 aylıq statistikası
  30 Aprel 2018    Oxunub:2307
Ermənistan silahlı qüvvələri bu ilin 4 ayı ərzində atəşkəs rejimini 13250 dəfə pozub.

AzVision.az-ın Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı snayper tüfənglərində, pulemyotlardan, 60 millimetrlik minaatanlardan da istifadə etməklə yanvarda 3808, fevralda 3423, mart ayında 3146, apreldə isə 2873 dəfə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
4 ay ərzində Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Atəşkəs   Düşmən   Cəbhə  





Xəbər lenti