Vaşinqtonda Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib
Bu ilin aprel ayında Vaşinqton şəhərində qrupun rəhbəri Alyona Bədəlovanın rəhbərliyi ilə ifa olunan rəqslər ziyarətçilər tərəfindən maraqla qarşılanaraq alqışlanıb. A. Bədəlova rəqslərin milli mədəniyyətin tərkib hissəsi olaraq xarici ölkələrdə nümayiş etdirilməsi və Azərbaycan Demokratik Republikasının 100 illik yubileyində Azərbaycanın qədim mədəniyyətinin tanınması xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çoxmillətli rəqs qrupunun Azərbaycanın zəngin və inkluziv mədəniyyətini Azərbaycan Demokratik Republikasının 100 illiyində təqdim etməsi bir daha Azərbaycanın açıq tolerant cəmiyyət olduğunu nümayiş etdirib.
İlk olaraq rəqslərin nümayişi məşhur Tomas Ceffersonun Memorialında başlayıb, sonra Vaşinqton abidəsi və Linkoln Memorialında davam etdirilib. Son olaraq Ağ Evin qarşısında çıxış edən uşaqlardan ibarət rəqs qrupu“Yallı” və “Azərbaycan” rəqslərini ifa ediblər.“Yallı” ifa olunarkən ətrafda toplaşan çoxsaylı izləyicilər, şəhər sakinləri və turistlər rəqsə və bayram əhval ruhiyyəsinə qoşulublar.
Qeyd edək ki, bu təcrübə Vaşinqtonda bir ilkə imza atıb. Vaşinqtonun mərkəzində Azərbaycanın rəqsləri sosial şəbəkələrdə böyük maraq və əks-səda doğurub.
AzVision.az