"Yanğın zamanı özünü binadan atan olmayıb" - Nazir müavini

"Yanğın zamanı özünü binadan atan olmayıb" - Nazir müavini
  28 Aprel 2018    Oxunub:5619
Bakının Yusif Səfərov küçəsində yerləşən hündürmərtəbəli binada baş verən yanğın barədə məlumat saat 12:10-da Fövqəladə Hallar Nazirliyinin “Qaynar xətti”nə daxil olub. Yanğın üç saatdan artıq davam edib və hazırda tam söndürülüb.
Bu barədə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib. Nazir müavini bildirib ki, yanğının söndürülməsinə 25 texnika və 100-dək canlı qüvvə cəlb edilib.

E.Mirzəyev deyib ki, şəhərin avtomobil yollarında yaranan tıxac iri texnikaların yanğın yerinə yaxınlaşmasına çətinlik törədib.

“Yanğın əsasən binanın 18-ci mərtəbəsindən yuxarıda baş verib. Hazırda soyutma işləri aparılır. Yanğınsöndürənlər arasında zəhərlənən, hadisə zamanı xəsarət alan olmayıb. Bəzi saytlarda guya kiminsə yanğından xilas olmaq üçün özünü binadan atması barədə məlumatlar verilib ki, bütün bu informasiyalar tam əsassız və yalandır”, - deyə nazir müavini qeyd edib.

Hazırda yanğının ilkin səbəbləri araşdırılır.

AzVision.az


Teqlər: FHN   Yanğın   Etibar-Mirzəyev  





Xəbər lenti