“700 min ağac əkək” kampaniyası davam edir

“700 min ağac əkək” kampaniyası davam edir
  28 Aprel 2018    Oxunub:1585
YAP Gəncə şəhər təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirib.
AzVision.az xəbər verir ki, Ziyalıların, şəhər ictimaiyyətinin və partiya fəallarının yaxından iştirak etdiyi növbəti ağacəkmə aksiyasında Ulu öndərin adını daşıyan Heydər Əliyev Park Kompleksinin ərazisində 1000-dən çox şam ağacı əkilib.

Partiya fəalları böyük həvəslə ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

AzVision.az



Teqlər: Gəncə   Ağac  





Xəbər lenti