Zakir Həsənov Çində döyüş vasitələrinə baxış keçirdi - FOTOLAR

Zakir Həsənov Çində döyüş vasitələrinə baxış keçirdi - FOTOLAR
  28 Aprel 2018    Oxunub:2321
Çində rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 28-də bu ölkənin müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən “CETS İnternational” şirkətini ziyarət edib.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.



Sonra müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı döyüş vasitələrinə baxıb. Bildirilib ki, şirkət əsasən elektron komponentlərin və elektron avadanlığın istehsalı ilə məşhurdur.



Dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən “CETS İnternational” şirkəti hazır məhsullar çeşidinin yüksək səviyyəsi ilə seçilir.










AzVision.az


Teqlər: MN   Çin   Zakir-Həsənov  





Xəbər lenti