Yeni dövlət agentliyi yaradıldı, rəhbər təyin edildi
Sərəncamda Nazirlər Kabinetinə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Ali Məclisin sədrinə təqdim etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
V. Talıbovun digər qərarı ilə Bəxtiyar Məmməd oğlu İsmayılov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru təyin edilib.
Qeyd edək ki, B. İsmayılov bundan əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.
AzVision.az
Teqlər: Naxçıvan Vasif-Talıbov