Azərbaycan-Çin hərbi əməkdaşlığı genişlənir - FOTOLAR
Cənubi Qafqazda ən yüksək döyüş qabiliyyətinə malik orduya sahib olan Azərbaycan da dünyada və regionda sülhün və sabitliyin təmin edilməsi məqsədilə sülhməramlı əməliyyatlara öz töhfəsini verir. Azərbaycanın Müdafiə naziri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkürünü bildirib. Müdafiə naziri xüsusi qeyd edib ki, Azərbaycan da Çin Xalq Respublikasının “Vahid Çin” siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıyır.
Azərbaycan Müdafiə Nazirliyinin Çinin hərbi təyinatlı məhsullar istehsal edən bir sıra korporasiya və şirkətlər ilə əməkdaşlıq etdiyini deyən general-polkovnik Z.Həsənov bildirib ki, bu işbirliyi çərçivəsində mütəmadi olaraq həm işgüzar səfərlər, həm də ekspertlərin görüşləri təşkil edilir. General-polkovnik Z.Həsənov səfər çərçivəsində keçirilən görüşlərin, aparılan danışıqların ölkələrimizin orduları arasında əlaqələrin daha da genişləndirilməsinə mühüm təkan verəcəyinə əminliyini bildirib.
Dostluq və qarşılıqlı etimad şəraitində keçirilən görüşdə Cənubi Qafqazda və Şərqi Asiyada regional təhlükəsizlik məsələləri, Azərbaycan ilə Çin arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Qeyd edək ki, Mərkəzi Hərbi Şura Çində silahlı qüvvələrin ali idarəedici orqanıdır. Şuraya Çin Xalq Respubikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpin rəhbərlik edir.
AzVision.az
Teqlər: MN Çin Zakir-Həsənov