“Ən yaxşı mühəndis-istehkam manqası” məlum oldu - FOTOLAR

“Ən yaxşı mühəndis-istehkam manqası” məlum oldu - FOTOLAR
  27 Aprel 2018    Oxunub:2117
2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi birliklərindən birində “Ən yaxşı mühəndis-istehkam manqası” adı uğrunda yarış keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi məqsədilə təşkil olunan yarış xüsusi təchiz edilmiş təlim poliqonunda keçirilib.



Yarış zamanı şəxsi heyət mühəndis təminatı üzrə tapşırıqları icra edib. Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.






AzVision.az


Teqlər: MN   Ordu  





Xəbər lenti