Naxçıvanda 25 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır
Sərəncama əsasən, muxtar respublika üzrə 928 nəfərə birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulub. 25 nəfər 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 manat, 903 nəfər İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şə- hərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 500 manat məbləğində birdəfəlik müavinət ödəniləcəkdir.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Naxçıvan Yardım Veteran