Nazirliyin sığınacağında 167 nəfərə xidmət göstərilib
Sosial sığınacağa qəbul edilmiş yaşayış yeri olmayan 18 yaşdan yuxarı olan vətəndaşların Sosial sığınacağı tərk edərkən məşğulluq orqanları ilə birgə onların məşğulluğuna köməklik göstərilir. Həmçinin yetkinlik yaşına çatmayanların Sosial sığınacaqdan sonrakı dövrdə daimi yaşayış yeri ilə təmin olunmaları üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi yönündə aidiyyəti tədbirlər görülür.
Artıq 5 aydan çoxdur ki, fəaliyyət göstərən hər iki müəssisədə müasir tələblərə uyğun şərait vardır. Sosial sığınacaqlarda qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir. Hazırda isə bu müəssisələrdə 28 nəfərə (o cümlədən 18 yaşdan yuxarı 9 nəfərə, yetkinlik yaşına çatmamış 19 nəfərə) sosial xidmətlər davam etdirilir.
AzVision.az