Növbəti sınaq imtahanı keçiriləcək
Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanların idarə edilməsi üçün 182 imtahan rəhbəri, 1785 nəzarətçi-müəllim ayrılıb.
DİM abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.
AzVision.az