Heydər Əliyev prospektinin (şəhər mərkəzi istiqamətində əsas yolda) Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev AzVision.az-a bildirib ki, bu səbəbdən hazırda prospektin həmin hissəsində əsas və köməkçi yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.