Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq
Sərəncamın icrası olaraq, qeyd olunan şəxslərə birdəfəlik maddi yardımların ödənilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,9 milyon manat ayrılması və Maliyyə Nazirliyi tərəfindən həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsi nəzərdə tutulub”.
Məlumatda qeyd edilib ki, müvafiq Sərəncamlarla İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımların məbləği də getdikcə artırılır. “Son illərdə bu maddi yardımların məbləği 25 faiz artırılıb və müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın tam və vaxtlı-vaxtında icrası təmin edilməklə, 9 May - Qələbə gününədək müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişi tam həyata keçiriləcək.
Birdəfəlik maddi yardımların avtomatlaşdırılmış qaydada həmin insanların bank hesablarına köçürülməsi, beləliklə, tam şəffaf şəraitdə ödənişinin həyata keçirilməsi təmin olunacaqdır.
İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin olunurlar. Dövlət başçısının imzaladığı Sərəncamlarla cari ildə də əmək pensiyalarının və təqaüdlərin, o cümlədən İkinci Dünya müharibəsi əlilləri və iştirakçılarına yönələn pensiya və təqaüdlərin də növbəti dəfə artırılması təmin edilib.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1117 nəfər şəxs isə minik avtomobili ilə təmin edilib. Onların ehtiyaclarına uyğun olaraq evlərində sosial xidmətlərlə, habelə bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları və s. ilə təminatı sahəsində də məqsədyönlü işlər görülür”.
AzVision.az
Teqlər: