İH-dən
AzVision.az-a daxil olan xəbərə görə, qəbulda onların təklif, müraciətləri icra başçısı Elmar Vəliyev tərəfindən dinlənilib. İcra başçısı ölkəmizdə gənclər arasında məşğulluq səviyyəsinin artırılmasının dövlət məşğulluq siyasətinin mühüm tərkib hissəsi olduğunu və bu istiqamətdə tədbirlərin ildən-ilə gücləndiyini vurğulayıb. Bildirib ki, ölkədə olduğu kimi Gəncə şəhərində də gənclər infrastrukturu genişlənir, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün parklar, kafelər, əyləncə mərkəzləri tikilib istifadəyə verilir.
Qəbulda dinlənilən müraciətlərin çoxu məşğulluqla bağlı olduğu üçün yerindəcə öz həllini tapıb. 20 gəncdən 4 nəfəri şəhər İcra Hakimiyyətində, digərləri isə şəhərin idarə,müəssisə və təşkilatlarında daimi işlə təmin olunublar.
AzVision.az