Pilot ərazilərdəki tibb işçilərinə təlim keçirilib
Təlim zamanı iştirakçılar sağlam yeni doğulmuş uşağa ilkin baxış və qulluq, yeni doğulmuşların ilkin reanimasiyası tədbirləri, ağciyərlərinin köməkçi ventilyasiyası, ürəyin xarici masajı, vaxtından əvvəl doğulmuş körpələrə xüsusi qayğı və qulluq qaydaları, kuvez və digər tibbi avadanlıqlardan düzgün istifadə qaydaları sahəsində öz bilik və bacarıqlarını artırıblar.
Təlimdə neonatologiyada istifadə edilən müasir texnologiyalar, yeni doğulmuşlarda tez-tez rast gəlinən xəstəliklər, xüsusilə də təcili və təxirəsalınmaz halların erkən diaqnostikası, müalicəsi və profilaktikasına dair müasir yanaşmalar haqqında məlumat verilmiş, tibb işçilərinin praktiki bacarıqlarını artırmaq və təkmilləşdirmək məqsədilə praktiki təcrübə aparılıb.
Qeyd edək ki, pilot tibb müəssisələrində çalışan tibb işçiləri ötən həftə Respublika Perinatal Mərkəzində Səhiyyə Nazirliyinin, DST və BMT-nin Əhali Fondunun birlikdə təşkil etdiyi “Doğuşda ana ölümü ilə nəticələnməyən kritik halların təhlili” mövzusunda keçirilən təlimdə də iştirak ediblər.
AzVision.az
Teqlər: