Putinin xüsusi nümayəndəsi İlham Əliyevi təbrik edib

Putinin xüsusi nümayəndəsi İlham Əliyevi təbrik edib
  23 Aprel 2018    Oxunub:1222
Rusiya prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir: “Zati-aliləri, cənab Prezident. Əziz İlham Heydər oğlu. Xalqınızın yüksək etimadını qazanaraq yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Əliyevlər ailəsi, Prezident İlham Əliyev – Azərbaycan xalqının mühüm rəmzləridir.

Siz bütün azərbaycanlılar və Azərbaycanın dostları üçün səriştəlilik, mətanət, iradə və ləyaqət rəmzisiniz. Cənab Prezident, Sizə, ailənizə və bütün Azərbaycan xalqına uğurlar və rifah arzulayıram”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Rusiya  





Xəbər lenti