Nazirlik: 130 insan alveri qurbanına yardım edilib
"Ötən ilin və cari ilin ilk rübündə həmin 94 nəfər insan alveri qurbanından 31 nəfərin tibbi, 77 nəfərin psixoloji və hüquqi yardımla təminatı həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə onlardan 14 nəfərin münasib işlə təmin olunmasına, 9 nəfərin isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmalarına köməklik göstərilib. Həmçinin ehtiyaclarına uyğun olaraq, insan alveri qurbanlarından 20 nəfər sığınacaqla təmin edilib.
Eyni zamanda, ötən il və cari ilin ilk rübündə 36 nəfər potensial insan alveri qurbanından da bir sıra şəxslər eyni vaxtda bir neçə yardım növü ilə təmin olunublar. Onlardan 7 nəfərinin məşğulluğuna, 6 nəfərin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmalarına köməklik edilib. 27 nəfərinə tibbi, 43 nəfərinə psixoloji və hüquqi yardım göstərilib", - deyə nazirlik rəsmisi qeyd edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: ƏƏSMN Elman-Babayev