"Ölkənin inkişafı üçün əlimdən gələni edəcəyəm” - Novruz Məmmədov
AzVision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyi irəli sürülən, Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.
O, əlavə edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox böyük layihələri həyata keçirib: “Ölkəmiz beynəlxalq əməkdaşlığa böyük töhvələr verib. İqtisadi sahədə indiyədək əldə etdiyimiz uğurları daha konkretləşdirmək lazımdır. Qarşımda duran əsas vəzifə budur. Ümumilikdə ölkəmiz siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə uğurlar qazanıb”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Novruz-Məmmədov Baş-nazir