“Nar”-dan autizmli uşaqlara dəstək aksiyası
Festivalda Azərbaycanı təmsil edəcək kollektivin səfər xərclərini öz üzərinə götürən “Nar” uşaqların çıxışlarında istifadə edəcəkləri xüsusi paltarlar və milli geyimlər, idman dəstləri, milli rəqs üçün xüsusi müəllimin dəvəti, müxtəlif dillərdə hazırlanmış broşürlər və milli hədiyyələrin təşkili, eləcə də digər logistik xərclərin qarşılanmasını təmin etdi.
“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (HighDefinition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli
xidmət göstərir.
AzVision.az
Teqlər: Nar