Yeni qatar sabahdan xəttə buraxılacaq
"Avadanlıqlar quraşdırılıb, sazlanma işləri aparılıb. Artıq sabahdan etibarən qatar xəttə buraxılacaq. Qatarların hər biri 5 vaqondan ibarətdir. Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarların istismar müddəti təxminən 31 ildir. Yeni qatarların hər bir vaqonunda 16 USB portu var. Vətəndaşlar portlar vasitəsilə telefon və planşetlərini enerji ilə təmin edə biləcəklər".
Qeyd edək ki, yeni qatarların alınması ilə bağlı müqaviləni “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metrovaqonmaş” şirkətinin baş direktoru Boris Boqatıryev imzalayıb. Artıq ilk qatar Azərbaycandadır. Digər qatarın da gələn ayın sonuna kimi gətirilməsi planlaşdırılır.
AzVision.az