İlham Əliyev ilk xarici səfərini Türkiyəyə edəcək
Səfər çərçivəsində prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Türkiyənin baş nazir Binəli Yıldırmla görüşəcək.
Qeyd edək ki, Azərbaycan və Türkiyənin dövlət başçıları seçkilərdən sonra ilk rəsmi səfərlərini bir qayda olaraq qardaş ölkəyə edirlər. Belə ki, 2013-cü ildə prezident seçkilərindən sonra İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə etmişdi. 2014-ci ildə bələdiyyə seçkilərində qalib gələn Ərdoğanın da ilk xarici səfəri Azərbaycana olub.
AzVision.az
Teqlər: İlham-Əliyev Türkiyə Ərdoğan