Bakıda yaşayış binasında yanğın: 3 uşaq xilas edilib

Bakıda yaşayış binasında yanğın: 3 uşaq xilas edilib
  19 Aprel 2018    Oxunub:1073
Bakının Yasamal rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a bildiriblər ki, hadisə Yasamal rayonunda ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağı yararsız vəziyyətə düşüb. Yanğınsöndürənlər 3 azyaşlını mənzildən xilas edilərək aidiyyəti üzrə təhvil veriblər.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti