Bakıda tozun miqdarı azalır

Bakıda tozun miqdarı azalır
  19 Aprel 2018    Oxunub:1055
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
ETSN-dən AzVision.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən, 19 aprel saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 35 faiz yuxarı olduğu qeydə alınıb.

Qeyd edə ki, saat 12:00-da bu göstərici 37 faiz təşkil edib.

AzVision.az


Teqlər: ETSN   Toz  





Xəbər lenti